Modern.az

Xınalıqda 18 dərəcə şaxta var

Xınalıqda 18 dərəcə şaxta var

28 Yanvar 2017, 10:29

“Hazırda Qubanın Xınalıq kəndində 18 dərəcə şaxta müşahidə edilir”. Bu barədə Modern.az-a kənd sakinləri məlumat verib.

Bildirilib ki, kəndə gedən yollar buz bağlayıb, gediş-gəliş məhdudlaşıb:

“İnsanlar məcbur qalmadıqca yollara çıxmır. Hazırda da qar az-az yağmada davam edir. Amma güclü şaxta var”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 26-dan etibarən ayın sonunadək respublika ərazisində havaların kəskin soyuyacağı, qar yağacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib. 

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir