Modern.az

Faktiki hava şəraiti: Bu əraziyə 74 santimetr qar yağıb

Faktiki hava şəraiti: Bu əraziyə 74 santimetr qar yağıb

28 Yanvar 2017, 12:16

Azərbaycandakı faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 27-si gün ərzində 28-i səhərədək ölkə ərazisində hava şəraiti yağıntılı keçib, qar yağıb, Böyük Qafqazın bəzi ərazilərində intensiv olub. 

 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Böyük Qafqazda 2-24, Kiçik Qafqazda 8-14,  Naxçıvan MR-da 3-6, Lənkəran-Astara zonasında 1-12, Mərkəzi-Aran rayonlarında 1-10, Qazax-Gəncə zonasında1-5 mm olub.

 

Qar örtüyünün hündürlüyü Sarıbaşda 74, Ağdərədə 68, Şəkidə 30, Şahbuzda 27, Gədəbəydə 22, Daşkəsən, Qəbələ, Oğuz, İsmayıllıda 20,  Şərurda 19, Zaqatala, Xaltanda 14, Altıağac, Göygöldə 10, Balakəndə 9, Qusarda 8, Naxçıvan, Rvarudda 7,  Bərdə, Tərtərdə 6, Gəncə, Quba, Göyçayda 5, Beyləqan, Şamaxı, Lerik, Ordubadda 4, Bakı, Şəmkir, Gəncə AVİA, Şahdağ, Ağsu, Yardımlıda 3, Göytəpə, Tovuzda 2, Ağstafa, Ağdam, Xaçmaz, Biləsuvar, İmişli, Yevlaxda 1, Qubanın dağlıq ərazilərində 3-21 sm-ə çatıb. 

 

Modern.az                             

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir