Modern.az

Ağcabədidə çoban özünü güllələdi

 Ağcabədidə çoban özünü güllələdi

28 Yanvar 2017, 16:01

Ağcabədi rayonunda güllələnmə hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanvarın 27-də Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisindəki fermada işləyən Bərdə rayon sakini Zahid Əliyev ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən başından xəsarət alıb və hadisə yerində ölüb.

Laçın RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-16" markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər