Modern.az

ATV-nin Qafqaz Universiteti ilə bağlı süjetinə görə redaktor işdən çıxarıldı

ATV-nin Qafqaz Universiteti ilə bağlı süjetinə görə redaktor işdən çıxarıldı

27 Yanvar 2017, 16:42

“Son günlər sosial şəbəkələrdə Qafqaz Universitetinin tələbələrindən bir neçə nəfərin “ATV Xəbər”də yayınlanan süjetdə fikirlərinin təhrif edilməsi və nəticədə yanlış şəkildə çatdırılmasına dair yayılan iddiaları ciddi şəkildə araşdırdıq. Araşdırmamız nəticəsində doğrudan da belə bir halın olduğunu aşkarladıq”.

Bu haqda ATV Teleradio Şirkətindən Modern.az-a verilən rəsmi açıqlama bildirilib.

 

Məlumata görə, yanlış və təhrif edilmiş informasiyanın istehsalı, yayılması prinsipial olaraq qəbuledilməz hesab edildiyi üçün uyğun tədbirlər görülüb.

 

ATV ictimaiyyətə bəyan edir ki, sözügedən süjetin hazırlanmasında və efirə getməsində birbaşa məsuliyyət daşıyan redaktor barəsində tədbir görülüb:

 

“Belə ki, növbətçi redaktora şiddətli töhmət verilib və son xəbərdarlıq edilib. Redaktor Jalə Əsgərova isə məsuliyyətsizliyi nəticəsində buraxdığı məlum nöqsana görə işdən azad edilib”.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?