Modern.az

Azər Qasımlı Baş Prokurorluğa çağırıldı

Azər Qasımlı Baş Prokurorluğa çağırıldı

28 Yanvar 2017, 17:11

REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Modern.az xəbər verir ki, bu barədə Azər Qasımlı özü bildirib.

Onun yanvarın 28-də istintaq idarəsində olması istənilib.

 

Ehtimal olunur ki, Azər Qasımlının prokurorluğa çağırılması REAL hərəkatı ilə İran diplomatı arasında bu günlərdə baş tutmuş görüşü ilə  bağlı Baş prokuror Zakir Qaralovun göstərişi ilə başladılan araşdırmalarla bağlıdır.

 

Xatırladaq ki, tanınmış jurnalist Eynulla Fətullayev “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə yazıb.

 

O belə bir iddia irəli sürüb ki, REAL hərəkatının nümayəndələri - Natiq Cəfərli, Azər Qasımlı və Erkin Qədirlinin - İranın Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadə ilə görüşü nəticəsində bu təşkilatın rəsmi Tehranın siyasətinə qulluq edəcəyi ilə bağlı anlaşma əldə olunub.   

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı