Modern.az

“Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram" – Reks Tillerson

“Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram" – Reks Tillerson

28 Yanvar 2017, 20:26

"Regionda stabilliyin və inkişafın təmin olunması üçün Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram". Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd Reks Tillerson Senatdakı dinləmələr zamanı bildirib.

 

Onun sözlərinə görə, regionda sülhün bərqərar olunması üçün tərəflər arasında əldə olunan razılaşmaların şərtlərinin yerinə yetirilməsi zərüridir.

 

Ermənistan-ABŞ əlaqələrinin inkişafının tərəfdarı kimi tanınan senator Edvard Markeyin "rəsmi Yerevanın blokada şəraitindən çıxarılması istiqamətində hansı addımları atmaq niyyətindəsiniz?" sualına cavab olaraq R.Tillerson deyib ki, Ermənistan-Türkiyə diplomatik əlaqələrini normallaşdırmağa çalışacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...