Modern.az

Tramp və Putin 45 dəqiqə telefonla danışıb, Yenilənib

Tramp və Putin 45 dəqiqə telefonla danışıb, Yenilənib

Aktual

28 Yanvar 2017, 22:40

ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı arasında telefon danışığı başa çatıb. Modern.az saytı xəbər verir ki, Vladimir Putinlə telefon danışığı 45 dəqiqə davam edib. Bu, Trampın dövlət başçısı vəzifəsinin səlahiyyətlərini icra etməyə başlamasından sonra ABŞ və Rusiya dövlət başçıları arasında ilk telefon danışığıdır.

Danışıqlara ABŞ-ın vitse-presidenti Mayk Pens də qoşulub. Prezidentlərin müzakirə mövzusu barəsində hələlik hər hansı məlumat verilmir.

 

 

21:47

 

ABŞ prezidentı Donald Tramp və Rusiya prezidenti Vladimir Putinlə arasında telefon danışığı olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser öz tvitter səhifəsində yazıb.

Şon Spayserin sözlərinə görə, Almaniya kansleri Angela Merkelnən 45 dəqiqəlik telefon söhbətindən sonra prezident Tramp Vladimir Putinlə müzakirə aparıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır