Modern.az

Müğənni prezidentin övladları ilə - FOTOLAR

Müğənni prezidentin övladları ilə - FOTOLAR

Aktual

28 Yanvar 2017, 22:56

Müğənni Gülay Zeynallı sosial şəbəkədə yeni fotolarını paylaşıb. Modern.az saytı xəbər verir ki, “axşam.az”ın məlumatına görə, şəkil İsveçrənin Sankt Moritz şəhərində baş tutan 33-cü Qar Polosu üzrə Dünya Kubokunun açılış mərasimində lentə alınıb.

Şəkildə ölkə başçısı İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, oğlu Heydər Əliyev yer alıb.

Yanvarın 27-dən 29-dək təşkil olunan Qar Polosu Dünya Kuboku çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın tarixi və mədəniyyəti təqdim olunur. Yarışların keçirildiyi ərazidə Azərbaycan Atçılıq Federasiyası tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin musiqisi, mətbəxi, ədəbiyyatı və Qarabağ atlarını təbliğ edən guşələr təşkil olunub.

 

Yarışların keçirildiyi meydança, çap materialları, idmançıların geyimləri, təqdimat və mükafatlandırma mərasimləri və təşkil olunan mətbuat konfranslarında Azərbaycanı təqdim edən “Land of Fire” loqotipi istifadə edilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı