Modern.az

Milli Məclisdə koreyalılar qəbul edilib

Milli Məclisdə koreyalılar qəbul edilib

Parlament

28 Mart 2011, 18:16

Martın 28-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Koreya Respublikası Milli Assambleyasının Torpaq, Nəqliyyat və Dəniz İşləri Komissiyasının sədri Sonq Kvanq Honun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Ziyafət Əsgərov bildirib  ki, Azərbaycanla Koreya arasında bir sıra sahələrdə, o cümlədən parlamentlər arasında əməkdaşlıq yüksək templə inkişaf edir. Əməkdaşlığın inkişafında hər iki ölkənin  prezidentlərinin qarşılıqlı səfərlərinin xüsusi rolunu qeyd edən Ziyafət Əsgərov bu səfərlər çərçivəsində imzalanmış sənədlərin əməkdaşlığın inkişafı üçün hüquqi baza yaratdığını diqqətə çatdırıb. Z.Əsgərov bildirib ki, bu gün Azərbaycanda Koreyanın bir sıra tanınmış şirkətləri uğurla fəaliyyət göstərir. Koreyanın bir sıra sahələrdə, o cümlədən inşaat, nəqliyyat sektorunda böyük təcrübəyə malik olduğunu deyən birinci vitse-spiker Azərbaycanda energetika sahəsində həyata keçirilən nəhəng layihələr və Milli Məclisdə nəqliyyat sahəsinə dair qəbul olunmuş qanunlar barədə məlumat verib.

Milli Məclisin sədri Oqtay Əsədovun 2007-ci ildə Koreyaya səfərini xatırladan Ziyafət Əsgərov bu səfərin iki ölkə parlamentləri arasında münasibətlərin inkişafına stimul verdiyini deyib.  

Söhbət zamanı birinci vitse-spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun regionun inkişafına mənfi təsiri barədə faktları qonaqların nəzərinə çatdırıb.

Səmimi görüş üçün təşəkkürünü bildirən Sonq Kvanq Ho Azərbaycanın Koreya üçün maraqlı ölkə olduğunu qeyd edib. Sonq Kvanq Ho Koreyanın da tarixən işğaldan əziyyət çəkdiyini qeyd edib və bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tezliklə geri qaytarmalıdı.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü