Modern.az

Türkiyəyə bu il 5 milyon rus turist gələ bilər

Türkiyəyə bu il 5 milyon rus turist gələ bilər

28 Yanvar 2017, 23:29

Türkiyəyə 2017-ci ildə 5 milyon rus turistinin gələcəyi proqnozlaşdırılır. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə "World Tourism Forum"un sədri Bulut Bağçı "RİA Novosti"yə agentliyinə bildirib.

"Biz Rusiyadan beş milyon qonağın gəlişini gözləyirik və bu miqdarda insanı qəbul etməyə hazırıq", - deyə o, "World Tourism Forum"un Moskvada keçirilən birinci Rusiya sammitində agentliyə açıqlamasında vurğulayıb: “Sizin ölkəniz çox böyükdür. 2015-ci ildə Türkiyə turistlərin qəbulu sayına görə dünyada altıncı ölkə idi. Rusiyalılar Türkiyədən başqa Tailanda, İspaniyaya, İtaliyaya və başqa ölkələrə səyahət edirlər.

Rusiya turistlərinin bir hissəsi bu il yenə Türkiyənin ayrı-ayrı turizm mərkəzlərinə üstün tutacaqlar və biz buna hazırıq. Hesablamalarımıza görə, 2017-ci ildə ölkəmizdə beş milyon rusiyalı turist istirahət edəcək".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər