Modern.az

Reynaldoya görə 500 min avro

Reynaldoya görə 500 min avro

Aktual

29 Yanvar 2017, 00:42

Avropanın məşhur Transfermarkt saytı “Qarabağ”dan “Adanaspor” klubuna transfer olunan Reynaldo Silvanın təzminat qiyməti barədə məlumat yayıb.  Modern.az saytı xəbər verir ki, Qol.az-ın məlumatına görə, brazilyalı futbolçunun keçidinin superliqa təmsilçisinə 500 min avroya başa gəldiyi qeyd edilib.

 

“Qarabağ” klubundan məsələylə bağlı şərh verilməyib. “Adanaspor” isə dünən yaydığı rəsmi məlumatda Reynaldo ilə 2,5 illik müqavilə imzalandığını bildirsə də, transferin qiymətini açıqlamayıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür