Modern.az

Bakı Nəqliyyat Agentliyindən sürücülərə XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyindən sürücülərə XƏBƏRDARLIQ

29 Yanvar 2017, 11:02

"Hazırda paytaxtın küçə və prospektlərində yolun hərəkət hissəsi qardan təmizləndiyindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilmir".


Bu sözləri Modern.az-a açıqlamasında  Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai Əlaqələndirmə və Maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, BNA axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən son dərəcə diqqətli olmalarının xahiş edir.

"Sürücülərə şaxtalı, qarlı hava şəraitində qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürüətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.


Sürücülərlə yanaşı piyadaların da belə günlərdə diqqətli olmaları zəruridir. Belə ki, piyadalar nizamlanmayan kecidlərdən istifadə edərkən yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxmasınlar. Çünki normal hava şəraitinə nisbətən qarlı havada avtomobillərin tormoz məsafəsi bir neçə dəfə artır".

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi