Modern.az

Trampla dostluq edən azərbaycanlı iş adamları - FOTOLAR

Trampla dostluq edən azərbaycanlı iş adamları - FOTOLAR

29 Yanvar 2017, 20:36

ABŞ-ın yeni prezidenti Donald Tramp ziddiyyətli açıqlamalarla daha çox yadda qalsa da, dünyada yeni düzən yaradılmasına töhfə verəcəyini düşünənlər də az deyil. Modern.az saytı xəbər verir ki, dünyanın supergücü olan Amerikanın yeni prezidenti Donald Trampın şəxsi münasibətlərə önəm verməsi də artıq hiss olunmaqdadır. Trampın dostları arasında isə azərbaycanlılar da var. Hələlik ABŞ prezidenti yaxın münasibətləri olanlar arasında dörd nəfər azərbaycanlı iş adamı da var.  Araz Ağalarov, Emin Ağalarov, Mübariz Mənsimov və Anar Məmmədovun Trampla şəkilləri artıq sosial şəbəkələrdə də yayılıb. Bu dostluq münasibətləri isə Trampın hələ biznesmen olduğu dövrə təsadüf edir.

"Qafqazinfo"nun məlumatına görə, azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov ABŞ prezidenti Donald Trampın inaqurasiya mərasimində də iştirak edib. Trampın dəvəti ilə Amerikaya gedən məşhur biznesmen, eyni zamanda bu ölkədə ilk ofisini açıb. Trampla yaxın dost olduğu deyilən Mənsimov mərasimdə yeni prezidentlə eyni masada oturub.

Bəzi ekspertlər isə ABŞ prezidenti ilə şəxsi münasibətlərdən Azərbaycanın problemlərinin həlli üçün də istifadə edilməsinin mümkünlüyünü bildirir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi