Modern.az

Jurnalistlərin suallarını cavablandırmayan dövlət orqanlarının qara siyahısı

Jurnalistlərin suallarını cavablandırmayan dövlət orqanlarının qara siyahısı

29 Mart 2011, 17:26

Mətbuat Şurası jurnalistlərin suallarının cavablandırmayan dövlət qurumlarının siyahısını hazırlayır. Bu barədə Modern.az saytına Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə mətbuatla dövlət qurumları arasındakı əlaqələri şərh edərkən deyib. O, bildirib ki, jurnalistlərin sorğularını əsassız yerə cavablandırmayan dövlət qurumlarının “qara siyahısı” elan olunacaq:
“Hazırda bununla bağlı Mətbuat Şurası tərəfindən işlər görülür. Qeyd edim ki, bu çox həssas məsələ olduğu üçün müəyyən qədər araşdırma aparmaq lazımdır. Bununla bağlı ekspertlər işə cəlb olunub və onlar tərəfindən məsələ araşdırılır. Bu çox uzun proses olduğu üçün dəqiq deyə bilmərəm sorğunun nəticələri haçan açıqlanacaq”.

Jurnalistlər tərəfindən Şuraya dövlət orqanlarından şikayət xarakterli müraciətlərin olduğunu deyən R.Hüseynzadə ciddi narahatlıq doğuran şikayətlərlə bağlı Mətbuat Şurası tərəfindən operativ tədbirlər görüldüyünü bildirib: “Jurnalistləri narahat edən məqamlar olanda biz birbaşa həmin nazirliyin, dövlət qurumunun mətbuat xidməri ilə əlaqə saxlayırıq, onlara lazımi tövsiyyələrimizi bildiririk. Bu baxımdan biz Mətbuat Şurası olaraq çalışırıq ki, belə hallar aradan qalxsın”.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir