Modern.az

Azərbaycanda Soyqırımı Muzeyinin yaradılmasına kimlər imkan vermir..?

Azərbaycanda Soyqırımı Muzeyinin yaradılmasına kimlər imkan vermir..?

29 Mart 2011, 12:46

Sabir Rüstəmxanlı: "Bu kimi məsələlər araşdırılsa, bəzi məqamlar üzə çıxa bilər..."

Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycanda ciddi ziyalı pobleminin olduğunu deyir.

“Ötən əsrin əvvəllərində yaşamış ziyalılarımızla indiki ziyalıları müqayisə edəndə arada çox böyük fərq görürəm. Onlar daha çox millətsevər idilər” deyə S.Rüstəmxanlı bildirib.

Millət vəkilinin sözlərinə görə, bəzən ziyalıların təklifləri, çağırışları da qulaqardına vurulur:
“20 ildir Milli Məclisdə çığır-bağır salırıq ki, Azərbaycanda Soyqırımı Muzeyi yaradılsın, amma bu təklif reallaşdırılmır. Niyə belə bir muzey yaradılmasın ki...? Axı həmin muzey vasitəsilə Bakıya gələn əcnəbilərdə millətimizin məruz qaldığı soyqırımları barədə əyani təsəvvür yarada bilərik”.  

S.Rüstəmxanlının sözlərinə görə, bəzən belə bir təəssürat yaranır ki, Azərbaycanda içində erməni sevgisi gəzdirənlər çoxdur və onlar imkan vermirlər.

“Bakıda ermənilərin də dəfn olunduğu bir beynəlmiləl qəbiristanlıq söküləndə hay-küy qaldırıldı, çığır-bağır salanlar oldu. Amma azərbaycanlıların dəfn olunduğu 10-larla qəbiristanlıq dağıdılıb, buna hamı laqeyd qalıb” deyən xalq şairi bildirib ki, bu məsələlərlə bağlı ciddi araşdırılma aparılsa, müəyyən məqamlar üzə çıxa bilər.

Azərbaycan jurnalistlərinə müraciət edən millət vəkili onları fars dilini öyrənməyə çağırıb. İranda 35 milyondan çox azərbaycanlının yaşadığını diqqətə çatdıran S.Rüstəmxanlının sözlərinə görə, onların hüquqlarının qorunması baxımından Azərbaycan jurnalistlərinin fars dilini bilmələri vacibdir.

Modern.az   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir