Modern.az

İlham Əliyev Ramzan Kadırovla görüşüb

İlham Əliyev Ramzan Kadırovla görüşüb

6 Noyabr 2009, 18:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırovu qəbul edib.
Prezident Ramzan Kadırovun Bakıda keçirilən tədbirlərdə iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı onun Azərbaycana səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.
Azərbaycan və çeçen xalqlarının əsrlər boyu davam edən dostluq münasibətlərini yüksək qiymətləndirən Prezident İlham Əliyev Çeçenistanda aparılan bərpa, yenidənqurma işlərinin və inkişafın ölkəmizdə izlənildiyini bildirib.
Dövlət başçısı Azərbaycan ilə Çeçenistan arasında qarşılıqlı fəaliyyət və iqtisadi əlaqələrin inkişafı üçün yeni yolların müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev Ramzan Kadırovun rəhbərliyi ilə Çeçenistanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.
Xalqının ən çətin vaxtlarında Azərbaycanın onun həmvətənlərinə sığınacaq verdiyini və yüksək qayğı göstərdiyini yada salan Prezident Ramzan Kadırov öz adından və çeçen xalqı adından İlham Əliyevə minnətdarlığını bildirib və çeçen xalqının bunu heç vaxt unutmayacağını deyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir