Modern.az

5 millət vəkili Türkiyəyə gedir

5 millət vəkili Türkiyəyə gedir

Parlament

29 Mart 2011, 18:21

Milli Məclisin deputatları Fəttah Heydərov, Qənirə Paşayeva, Azay Quliyev, Musa Qasımlı və Fazil Mustafa martın 30-da Türkiyənin İqdır şəhərinə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, millət vəkilləri Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə keçirilən “Azərbaycanlıların soyqırımı günü”nə həsr edilmiş konfransda iştirak edəcəklər. Konfransda Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, azərbaycanlıların soyqırımı siyasətinə məruz qalması və ermənilərin əsassız iddiaları barədə fikir mübadiləsi aparılacaq. Məsələ ilə əlaqədar tarixi faktlar geniş ictimaiyyətin diqqətinə çatdırılacaq.

Tədbirdə həmçinin türkiyəli deputatların iştirakı da nəzərdə tutulub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir