Modern.az

Mətbuatda necə yazmalı: “Gəlmişdir”, yoxsa “gəlib”..?

Mətbuatda necə yazmalı: “Gəlmişdir”, yoxsa “gəlib”..?

30 Mart 2011, 12:22

KİV-də gedən yazılarda xəbər sonluqlarının işlədilməsi mübahisələr yaradır


Mətbuatda gedən yazılardakı sözlərin-xəbərlərin sonluqlarının “mışdır” və ya “ıb”, “dı” ilə qurtarması çox zaman mübahisələrə səbəb olur. Belə ki, müasir jurnalistikanın nümayəndələri sözün dilə yatımlı olması üçün “ıb”, “dı” şəkilçilərindən istifadə edir. “mışdır” şəkilçisindən istifadə isə dövlət orqanlarıın yaydığı informasiyalarda, eləcə də dövlətdən maliyyələşən mətbuat orqanlarında müşahidə olunur. Bəs bu şəkilçilərdən hansının istifadəsi düzdür?

Modern.az
məsələyə aydınlıq gətirmək üçün millət vəkili, dilçi alim Nizami Çəfərova müraciət edib.

Nizami Cəfərov bildirib ki, “mışdır” şəkilçisindən istifadə dilin normativ hadisəsidir və bu keçmiş zamanın rəvayətidir, qramatikada olan bir hadisədir.
“İndi əslində mümkün qədər o şəkilçilərdən imtina olunur, onun əvəzinə “ıb” “dı” ilə olanlar daha çox istifadə olunur. Bu da bir tendensiyadır. “mışdır” ifadəyə ağırlıq gətirsə də, işlənməsi səhv deyil”.

N.Cəfərov daha sonar deyib: “Bir vaxtlar yazı dili şifahi dilə təsir edirdi. Televiziya və radionun efirinə çıxanlardan tələb olnurdu ki, yazılı mətnlə gəlsinlər və efirdə həmin yazılı mətnin təsiri hiss olunurdu. Bu gün isə əksinədir. Bu gün daha çox mətbuata, yazı dilinə, publisistik dilə şifahi nitq təsir edir və o da dövrün, zamanın tendensiyasıdır və biz də ona uyğunlaşırıq, elə də olmalıdır”.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi İlham Tahirov da mətbuatda bəzən mübahisələrə səbəb olan “mışdır” şəkilçisi barədə danışıb.

“Bu şəkilçi dildə varsa, bundan istifadə düzgündür. Sovet dönəmindəki yazılara fikir versək, görərsiz ki, orda “ıb” ya “dı” şəkilçili sözlər daha az işlənib, nəinki “mışdır”. Amma “ıb” və “dı” son dövrlərin məhsuludur”.

Hər üç şəkilçinin keçmiş zamanı ifadə edən vasitələr olduğunu deyən elmi katib onların hər üçündən istifadənin düzgün olduğunu qeyd edib.

“Hərəsinin özünə görə semantikası var. Bunları birləşdirən ümumi məna isə hər hansı hərəkətin bitmiş olduğunu, icrasının nəticəsinin göz qabağında olduğunu göstərməsidir. Semantika bundan ibarətdir. Bunların hansındansa istifadə fərdi üsluba baxır. Kimi öz yazısında “ıb”, “dı”, kimi də “mışdır” şəkilçilərindən istifadə edir”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir