Modern.az

Heydər Əliyev Fondu böyrək çatışmazlığı olan xəstələr üçün hemodializ aparatları alıb

Heydər Əliyev Fondu böyrək çatışmazlığı olan xəstələr üçün hemodializ aparatları alıb

6 Noyabr 2009, 20:21

Heydər Əliyev Fondunun prezidenti , YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fondun humanitar yardım çərçivəsində əldə etdiyi 10 böyrək hemodializ aparatı Səhiyyə Nazirliyinə təqdim edilib. Tibbi avadanlıq Almaniyanın “Fresenius Medical Care” şirkəti tərəfindən Heydər Əliyev Fonduna bağışlanan növbəti humanitar yardımdır. “Fresenius Medical Care” şirkəti ilə 2006-cı ildən başlanan əməkdaşlığın uğurlu olduğunu deyən Mehriban xanım həmin vaxtdan bəri Heydər Əliyev Fonduna 20 bahalı hemodializ aparatının hədiyyə edildiyini, Fondun bu aparatları Azərbaycanın Səhiyyə Nazirliyinə bağışladığını xatırladıb. Mehriban xanım Əliyeva dünyanın bir sıra nüfuzlu tibb şirkətləri ilə beynəlxalq əməkdaşlıq çərçivəsində Fonda xeyli tibbi avadanlığın daxil olduğunu və bunların hamısının Səhiyyə Nazirliyinə verildiyini diqqətə çatdırıb. Fondun prezidenti 10 hemodializ aparatına görə Almaniya şirkətinin təmsilçisinə minnətdarlığını bildirib, bu hədiyyəni yüksək qiymətləndirdiyini deyib. Mehriban Əliyeva hemodializ aparatlarının sənədlərini səhiyyə naziri Oqtay Şirəliyevə təqdim edib. Səhiyyə naziri bu yaxınlarda 1 nömrəli kliniki xəstəxananın nəzdində yeni hemodializ mərkəzinin açılacağını qeyd edib. Nazir artıq yeni səhiyyə ocağında hemodializ aparatlarının sayının 30-a çatdırılacağını vurğulayıb. Bunun sayəsində daha çox xəstə dövlət tərəfindən hemodializlə təmin olunacaq. Artıq regionlardakı müalicə ocaqlarında da belə aparatların quraşdırıldığını deyən Oqtay Şirəliyev diqqətə çatdırıb ki, hazırda respublika üzrə 1200 xəstə dövlət tərəfindən hemodializlə təmin olunur. Səhiyyə naziri uroloji mərkəzin açılacağını və burada böyrəkköçürmə üzrə əməliyyatın aparılacağını da bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər