Modern.az

ABŞ hərbi xərclərini 30 milyard dollar artırır

ABŞ hərbi xərclərini 30 milyard dollar artırır

7 Fevral 2017, 15:47

Pentaqonun yeni rəhbərliyi ölkənin hərbi xərclərinin daha da artırılmasını təklif edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Konqresin hər iki palatasında üstünlüyə malik olan Respublikaçılar təklifin səs çoxluğu ilə qəbuluna çalışacaq.

 

Əksər senatorlar Barak Obama dövründə azaldılan hərbi xərclərin artırılmasını müsbət qarşıladıqlarını deyiblər.

Donald Tramp da seçki kampaniyası dövründə ABŞ-ın müdafiə qabiliyyətinin bir neçə dəfə artırılmalı olduğunu dilə gətirmişdi.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?