Modern.az

Əhliman Əmiraslanov Sabirabadda seçicilərlə görüşdü

Əhliman Əmiraslanov Sabirabadda seçicilərlə görüşdü

7 Fevral 2017, 15:59

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş  Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün Sabirabad rayonunda  seçicilərlə növbəti görüş keçirib.

 

YAP Sabirabad rayon təşkilatında keçirilən görüşdə  akademik Əhliman Əmiraslanov çıxış edərək son illər ölkəmizdə, eləcə də Sabirabadda aparılan geniş quruculuq işlərindən söhbət açaraq göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq  ifadə etmişdir.  Görüşdə iştirak edən seçicilər onları narahat edən məsələlərə çox həssas yanaşdığına görə millət vəkilinə minnətdarlıq etmişlər. Sonra sakinlər müxtəlif səpkidə olan problemlərin həlli ilə əlaqədar deputatdan kömək istəyiblər. Görüş iştirakçıları bəzi kəndlərdə məktəblə bağlı problemləri, müxtəlif sosial məsələləri səsləndiriblər. Sabirabadlı seçicilər həmçinin səhiyyə sahəsində müəyyən yardım istəyiblər.

 

Görüş zamanı millət vəkili seçicilərin müraciət və təkliflərini dinləmiş, onları maraqlandıran sualları cavab­lan­dırmış,  sakinlərin qaldırdıqları problemlərin həlli ilə bağlı görülməkdə olan işlər barədə məlumat vermişdir.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev də  iştirak edib. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər