Modern.az

Bakıda yanğın: 1 ölü

Bakıda yanğın: 1 ölü

7 Fevral 2017, 16:04

Yasamal rayonunda mənzildə baş verən yanğın zamanı 77 yaşlı ev sahibi ölüb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az saytına istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 6 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1940-cı il təvəllüdlü Quliyeva Tofiqə Lələkişi qızının cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir