Modern.az

Bakı ilə Kiyev Dağlıq Qarabağ və Donbas mallarına qadağa qoyub

Bakı ilə Kiyev Dağlıq Qarabağ və Donbas mallarına qadağa qoyub

Aktual

7 Fevral 2017, 16:52

Ukrayna ilə Azərbaycan, mərkəzi hakimiyyətlərin razılığı olmadan separatçı Dağlıq Qarabağ və Ukraynanın Donbas vilayətində istehsal olunan malları ölkəyə buraxmamaq razılığna gəliblər.

Bunu "İnterfaks" agentliyinə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

“Prezident Petro Poroshenkonun Bakıya səfəri zamanı hər iki ölkə rəhbəri gömrük qurumlarının rəhbərlərinə bu ölkələrin işğal edilmiş ərazilərindən gələn malların buraxılması məsələsinə bağmağı tapşırıblar.Gömrük rəhbərləri görüşərək mexanizm hazırlayıblar. Həmin mexanizmə əsasən mərkəzi hakimiyyətlər-Bakı və Kiyevin icazəsi olmadan bu ərazilərdən mal gətirilə bilməz” - Mişenko deyib.

Diplomat bildirib ki, Dağlıq Qarabağda istehsal olunan mallar Ukraynaya yalnız rəsmi Bakının razılığı ilə gətirilə bilər.

Həmçinin Azərbaycan Donbasdan gətirilən mallara eyni cür yanaşır.

“Misal üçün, şampan etiketlərini götürək. Əgər orda Ukrayna, Artyomovsk zavodu (Donbas) sözləri yazılıbsa, deməli hər şey normaldır. Yox əgər hansısa Novorossiya və ya bu ruhda nəsə yazılıbsa, təbii ki, Azərbaycan onu qəbul etməyəcək. Həmçinin Kiyev Dağlıq Qarabağdan olan məhsullara eyni cür yanaşır” - səfir bildirib.

Səfir qeyd edib ki, prezidentlər danışan kimi qayda qüvvəyə minib, burda hansısa hökumətlərarası razılaşma imzalamağa ehtiyac yoxdur, müvafiq razılaşmanı gömrük qurumlarının rəhbəri imzalayıblar.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü