Modern.az

Tarif Şurası: “Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib”

Tarif Şurası: “Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib”

Aktual

7 Fevral 2017, 18:38

Tarif (qiymət) Şurası tərəfindən beynəlxalq zənglərin qiymətinin dəyişdirilməsi barədə yayılan məlumatlar əsassızdır.

 

Bu barədə Modern.az-a Tarif Şurasından məlumat verilib.

 

Xatırladaq ki, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə beynəlxalq danışıq tarifləri zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən azaldılaraq 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib.

Bu tariflər 2014-ci il 1 yanvar tarixindən qüvvəyə minib və hazırda da qüvvədədir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik