Modern.az

Sarkozi məhkəmə qarşısında

Sarkozi məhkəmə qarşısında

7 Fevral 2017, 19:41

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi 2012-ci ildə öz seçki kapmaniyasını qanunsuz şəkildə maliyyələşdirdiyinə görə məhkəmə qarşısında cavab verəcək. Modern.az saytı xəbər verir ki, Trend-in BBC-yə istinadən məlumatına görə, istintaq Sarkozinin “Milli Hərəkat” partiyasının sənədləri saxtalaşdıraraq seçki kampaniyası zamanı icazə verilən məbləğdən 18 milyon avro artıq xərcləməsindən şübhələnir.

 

Keçmiş prezident isə, bu barədə xəbərsiz olduğunu deyib. Sarkozidən əlavə saxtalaşdırmada daha 13 nəfərin iştirak etdiyi bildirilir.

 

2012-ci ildə Nikolya Sarkozi prezident seçkilərini Fransua Ollanda uduzub, 2016-cı ildə o, seçkilərdə yenidən iştirak etsə də, bir daha məğlub olub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir