Modern.az

Üç tanınmış jurnalist millət vəkilliyinə namizəd oldu

Üç tanınmış jurnalist millət vəkilliyinə namizəd oldu

30 Mart 2011, 19:15


Türkiyə Qəzetçilər Federasiyasına (TQF) daxil olan üz qurumun sədri müxtəlif siyasi partiyalardan millət vəkili seçilmək üçün namizədliyini irəli sürüb.

Modern.az saytının məlumatına görə, Türkiyə Qəzetçilər  Federasiyasının və İzmir Jurnalistlər Cəmiyyətinin sədri Atilla Sertel, Sakarya Jurnalistlər Cəmiyyətinin sədri Sezai Matur Cümhuriyyət Xalq Partiyasından millət vəkilliyinə namizədliklərini irəli sürüblər. Bitlis Jurnalistlər Cəmiyyətinin sədri Rujhat Avşar isə AKP-dən millət vəkili olmaq istəyi ilə namizədiliyini irəli sürüb. Atilla Sertel İzmirdən, Sezai Matur Sakaryadan, Rujhat Avşar isə Bitlisdən millət vekilliyinə namizəd olublar.
Jurnalistlərin Türkiyə Böyük Millət Məclisində təmsil olunmasının peşə və xüsusilə də Anadolu mediası üçün böyük əhəmiyyət daşıdığını vurğulayan TQF-nin başqanı Yılmaz Qaraca federasiya daxilində bütün namizədlərə dəstək olacaqlarını söyləyib.

TJF-nin siyasi təşkilat olduğunu vurğulayan Y.Qaraca bunları bildirib.

“İllərdir hüquqlarımız bir-bir əlimizdən alınır. Bu müddətdə mətbuat işçiləri çox qan itirdi. İndi millət vəkilliyinə 3 namizədimiz var. Bundan əlavə, peşə təşkilatlarımızdan da çox sayda namizəd var. Fərqli partiyalardan namizəd olan sədrlərimizi tam dəstəkləyirik. Anadolu mediası olaraq səsimizin məclisdə daha gur əks-səda doğurmasını, problemlərimizin həll olunmasını istəyirik. 20 min üzvüylə Türkiyənin ən böyük mətbuat təşkilatı - Türkiyə Qəzetçilər Federasiyası olaraq bütün namizədlərimizə uğurlar diləyir, yanlarında olduğumuzu bir daha vurğulayırıq”.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir