Arxiv
9 Noyabr 2009, 13:50 | FOTOSÖHBƏT
Deputat Aynur Quliyeva ilə fotosöhbət

Aynur Camal qızı Quliyeva 1975-ci il fevralın 7-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsini bitirib. 1996–2000-ci illərdə «Azərbaycan Ordusu», «Xalq qəzeti», «Şans», «Ulus», «Millətin səsi», «Yeni Yüzil» qəzetlərinin, 2001–2005-ci illərdə «Yeni Müsavat» qəzetinin müxbiri işləyib. Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Azərbaycan-İordaniya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Norveç, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. «Qadın Konsensus Mərkəzi» İctimai Birliyinin sədridir. Rus dilini bilir. Evlidir, bir oğlu var.

Xalam qızının qucağındayam, yanımdakılar qardaşlarımdır. Təxminən bir yaşlarımın şəklidi

Ailədə iki qardaş, iki bacı olmşuq. Uşaq vaxtı atam bizi Truskavets kurort şəhərinə aparardı. Həmin vaxtlar bir rus qızı ilə şəkil çəkdirmişdim. Təxminən orta məktəbin yarısına qədər onun məndən ağ olmasını özümə bir dərd elədim

 

Şuşa-Cıdır düzü... Hələ məktəbə getmirdim. Xəzinə qayasına baxanda yaman vahimələnirdim. Səməd Vurğunun “Vaqif”indəki Xuraman özünü məhz bu qayadan atmışdı...

Tərtər rayonunun Mamırlı kənd orta məktəbi, birinci sinif şəklimdi, arxa sırada sağdan beşinci mənəm

İbtidai siniflə vida şəklimdi. Orta sırada dörüncü mənəm

Dördüncü sinifdə sərəf lövhəsi üçün çəkilən şəkildi, orta məktəbdə sona qədər əlaçı oldum

 

Bu da məktədə oxuduğum zamanlardan xatirədir, solda bacım, sağda dayım qızıdı

 

Orta məktəbdə yaxınlarımla...

On birinci sinifdəyik. Rayon mərkəzinə getmişdik, müharibənin qızğın çağlarıydı. Ön sırada soldan birinci mənəm. Bəlkə də  orta məktəb şəkilləri çox oldu, mənimsə ən çox xatırladığım o illərdir, o vaxt üçün adam elə darıxır ki...

 

Bu şəkil tələbəlik illərimin xatirəsidi

Sərdar Cəlaloğlu “Yeni Müsavat”dan küsmüşdü. Həmkarım Şahnaz Mətləbqızı ilə “Çağrılmamış qonaq” rubrikasını aparırdıq. Sərdar bəyin evindəyik, müsahəbə vermək üçün onu dilə tuturuq

Vaqif Gərayzadədən müsahibə götürürəm. Bu gənclər Natəvan, Röya və Elnarədir, onların məsum vaxtları idi 

 

Çox sevdiyim aktyor Fuad Poladovdan “Yeni Müsavat”a müsahibə alıram

Rəhmətlik Mirzə Babayevlə müsahibəyə gedəndə evdə şortikdə idi, amma şəkil çəkdirmək məsələsini biləndə rəsmi paltar geyindi

2001-ci ildə Moskvada Azərbaycan mədəniyyət günləri keçirilirdi. O zaman mədəniyyət naziri işləyən Polad Bülbüloğlu bizi də dəvət etmişdi

 

Məmməd Nazimoğlu taleyimdə müstəsna rol oynayıb. Onun sayəsində jurnalistikada qaldım. Uğurlarıma görə ona minnətdaram. Məmməd Nazimoğlu itkisi mənim üçün böyük itki oldu 

 

İsa Qəmbərlə görüşdəyik 

 

Sankt-Peterburqdayıq

 

2003-cü il, Kələki, Elçibəyin ad günü. Ərturqutla şəkil çəkdirdik 

 

Elçibəyin iş otağındayam 

 

Bura da Elçibəyin iş otağıdı

 

Arif Haciyev həbsdə olanda onun evinə getmişdim 

 

2005-ci il, Stokholm. DAK-ın qurultayı, hələ deputat deyiləm 

 

Orada Həmid Herisçi bizi gəzməyə çıxarmışdı 

 

Seçki öncəsi təbliğat üçün çəkilən bu şəkil mənə uğur gətirdi 

 

Artıq deputatam, “Karvan”da Sabir Rüstəmxanlının tədbirindəyik 

 

2006-cı ilin yekunları ilə bağlı Tərtərdə tədbir 

 

Sevimli həmkarım Cəmil Həsənli ilə

 

Bu şəkil qeyri-rəsmi tədbirdə çəkilib 

 

Elə tədbirlərdən daha biri 

 

Həyatımın mənası oğlumdur 

 

Nənə-nəvə məhəbbətindən heç yoxdu 

 

Vaqif Səmədoğlunun 70 yaşını qeyd edirik 

 

Kiprin dövlət müstəqilliyi ilə bağlı tədbirə dəvət olunmuşuq. Rauf Denktaşla xatirə şəkli çəkdirdik

 

Həyat yoldaşımla-ikimizin də dostunun oğlunun toyundayıq 

 

Kiprdə şəhid məzarlığı...

 

Türkiyənin zəfər bayramı münasibətilə keçirilən tədbirdəyik 

 

Milli Məclisin sədri Oqtay Əsədov  8 Mart  günü xanım deputatları təbrik etdi, sonra da bir xatirə şəkli çəkdirdik 

 

Milli Məclisdə maraqlı müzakirə zamanı məndən xəbərsiz çəkilib bu şəkil 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv