Modern.az

Milli Məclisin komitələri icbari sığorta haqqında qanunu müzakirəyə çıxarıb

Milli Məclisin komitələri icbari sığorta haqqında qanunu müzakirəyə çıxarıb

Parlament

1 Aprel 2011, 10:22

Milli Məclisin iqtisadi siyasət Komitəsi və Sosial siyasət Komitəsi bu gün keçirdikləri iclasda “İcbari sığortalar haqqında” qanun layihəsini müzakirəyə çıxarıb. Modern.az-ın parlamentdən verdiyi məlumata görə, deputatlar bu qanun layihəsi barədə fikir və təkliflərini veriblər.

Qanun icbari sığorta sahəsində yaranan münasibətləri tənzimləməklə, bu sahədə sığortaçıların, sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında icbari sığortaların həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu Qanunda nəzərdə tutulmuş ayrı-ayrı icbari sığorta növlərinin aparılması qaydalarını və şərtlərini müəyyən edir.

Deputatlar qanun layihəsini müzakirə etdikdən sonra ikinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!