Modern.az

Sabir Rüstəmxanlı: «Bizim futbolçular bir sürü qoyundu..."

Sabir Rüstəmxanlı: «Bizim futbolçular bir sürü qoyundu..."

1 Aprel 2011, 12:50

Futbol üzrə Azərbaycan milli komandasının səfərdə Belçika yığmasına 1:4 hesabı ilə məğlub olması ölkəmizin futbol ictimaiyyətini hiddətləndirib. Neçə illərdir Azərbaycanda futbolun inkişafına milyonlar sərf olunur, futbolçular ən yüksək səviyyədə qayğı ilə təmin olunur, onalara yaxşı maaş, ev, maşın, pul mükafatları verilir, nəticə isə yoxdur.
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Azərbaycanın futbol üzrə milli komandasının üzvləri barədə kəskin ittihamlar səsləndirib. Modern.az saytı «Futbol+» qəzetinə istinadən bildirir ki, millət vəkili artıq Azərbaycan yığma komandasına azarkeşlik etmədiyini söyləyib.

«Yalnız televiziya vasitəsilə müəyyən epizodlara baxıram. O gün təsadüfən Belçika ilə görüşü izlədim. Müdafiədə oturub rəqibin nə vaxt üzərinə gələcəyini gözləyirlər. Görmüşük ki, istənilən idman növündə döyüşçü qarşısındakı rəqibin üzərinə getsin, ona hansı gücə sahib olduğunu göstərsin. Futbolçunun meydanda varlığı görünər. Bizimkilər bir sürü qoyundu, qoyunların nəyinə baxım? Söhbət tək futbolçulardan getmir. O vaxt Əhməd Ələsgərov vardı. «Neftçi»ylə az-çox uğur qazanmağı bacardı. Bu gün də yığmanın başına yerli məşqçilərdən birini qoysalar, Foqtsdan-boksdan daha başarılı olar. Onun Azərbaycan futboluna hansısa xeyir verdiyi görmürəm. Nə texniki, nə taktiki, nə də futbolçu seçiminin üçtünlüyü görünür. Gürcüstana baxın, idmançıları dünyanı hər yerində çıxış edir. Bəs bizdə vəziyyət necədir? Hansı cəhətimizə görə onlardan geri qalmalıyıq? Bu ölkədə boksçu, güləşçi yetişdiyi halda, nəyə görə futbol geri qalır? Heyf Foqtsa xərclənən pullara. Məncə, Azərğaycan millisi bu gün beynəlxalq arenaya çıxmamalıdı. Çıxıb özümüzü biabır etməkdənsə, oturub daxildə yetişməyimiz daha ağlabatandı. Mənim düşüncəmə görə, bu gün ölkədə futboldan vacib problemlər var. Ona görə də Milli Məclisdə futbolla bağlı hansısa xüsusi fikir demək haqda düşünmürəm. Milli Məclis futbolu müzakirə etmək meydanı deyil. İdmanın inkişafı ilə bağlı qanunlar var. Futbola aidiyyatı orqanlar zəhmət çəkib, bununla məşğul olsunlar» - deyə millət vəkili bildirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir