Modern.az

NATO-nun tədbirində azərbaycanlı və erməni deputatlar arasında qalmaqal

NATO-nun tədbirində azərbaycanlı və erməni deputatlar arasında qalmaqal

Parlament

1 Aprel 2011, 13:37

Məlahət İbrahimqızının Metsamor AES-in bağlanması tələbi düşmən ölkəni qıcıqlandırıb

İsveçrənin Cenevrə şəhərində NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına uyğun olaraq “Parlamentarilərin silahlara nəzarət, tərksilah və kütləvi qırğın silahlarının azaldılması” mövzusunda konfransında azərbaycanlı və erməni millət vəkilləri arasında qalmaqal düşüb. Bu barədə konfransın işində iştirak edən Milli Məclisin üzvü Məlahət İbrahimqızı Modern.az-a məlumat verib.

Erməni iştirakçlar azərbaycanlı deputat Məlahət İbrahimqızının çıxışına etiraz etməyə cəhd göstəriblər.

Deputat bildirib ki, konfransda əsasən silahlanmaya qarşı mübarizə ilə bağlı məsələlər müzakirə edilib. Bununla belə tədbir iştirakçıları Yaponiyada baş verən zəlzələ  və bu ölkədəki Atom Elektrik Stansiyasının törətdiyi fəsadlarla bağlı müzakirələr aparıb.

Çıxışı zamanı diqqəti Ermənistanda olan Metsamor AES-ə yönəldən Məlahət İbrahimqızı bu AES-in Cənubi Qafqaz üçün təhlükə yaratdığını qeyd edib. Deputat Ermənistandakı AES-in  bugünkü standartlara cavab vermədiyini qeyd edib. O , Ermənistandakı AES-ə nəzarətin gücləndirilməsini vacib sayıb.
“Yaxın vaxtlarda BMT AES-lərlə belə bir sənəd qəbul etməlidir. Əgər hər hansı ciddi bir təbii fəlakət baş verərsə, bu nəinki Ermənistana, Azərbaycana, Türkiyəyə, Gürcüstana, həmçinin bütün dünyaya təhlükəli olacaq bir məsələdir. Bu məsələ aradan qaldırılmalıdır”-deyə deputat bildirib.

Bundan başqa deputat Ermənistanın AES-in tullantılarının Azərbaycanın işğal olunmuş ərazilərində toplanmasının da diqqətə çatdırıb. O qeyd edib ki, bütün dünya İranın və Şimli Koreyanın nüvə potensialının güclənməsindən narahatdır.
“Azərbaycan və dünya Ermənistanın AES-da genişləndirilmədən narahat olmalıdır. Çünki, bu çox ciddi fəsadlara törədə bilər”.
Türkiyəli olan deputatlar Murad Məltəm və Ömür Duyğun da millət vəkilimizi müdafiə ediblər.  Azərbaycalı və türk deputatlar bildiriblər ki,  Ermənistanın AES-ı ilə bağlı məsələni BMT öz üzərinə götürməlidir.  

Bundan sonra konfransda iştirak edən erməni nümayəndələri əsəbi şəkildə azərbaycanlı millət vəkilinin çıxışına reaksiya veriblər. Erməni iştirakçılar “Azərbaycan niyə daha çox silahlanır?” “Biz blokadadayıq, AES bizə lazımdır” replikaları atıblar.
“Mən və türk deputatlar ermənilərə kəskin və tutarlı cavab verdik. Onlara dedik ki, sizin işğalçı olduğunuzu BMT və Avropa Şurası rəsmən deyir. Onlar əks arqument ortaya qoya bilmədilər”-deyə deputat vurğulayıb.

Qeyd edək ki, konfransda dünyanın 40-a yaxın ölkəsindən nümayəndələr iştirak edib.

Tədbirin işinə  NATO-nun üzvü olmayan ölkələr, beynəlxalq təşkilatlar da qatılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!