Modern.az

Seçiciləri deputat Leyla Abdullayevaya müraciət ediblər

Seçiciləri deputat Leyla Abdullayevaya müraciət ediblər

1 Aprel 2011, 18:45

41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə Milli Məclisin deputatı Leyla Abdullayevanın qərargahı onun son bir aydakı fəaliyyəti  ilə bağlı məlumat yayıb.
Modern.az-ın məlumatına 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə Milli Məclisin deputatı Leyla  Abdullayeva qeyd olunan dövr ərzində parlamentin bütün iclaslarında iştirak edib.
“Parlamentin gündəliyinə çıxarılmış qanun layihələri,qanunvericiliyə əlavə və dəyişikliklərə öz münasibətini bildirmişdir. Məsələn, İnzibati Xətalar Məcəlləsinin  150-2.1.6 maddəsində  “şəhərdaxili  marşrutlarda daşıma prosesi ilə bilavasitə əlaqəsi olmadıqda audio cihazlardan istifadə edilməsinə görə “ cərimələrin tətbiq edilməsi təklifini dəstəkləməklə yanaşı, gələcəkdə yenidən bu maddəyə əlavələr etməmək üçün indidən müvafiq maddəyə “video cihazlar”müddəasının da əlavə edilməsini təklif etmişdir”.

Məlumata görə, cari məsələlərin müzakirəsi zamanı da millət vəkili seçiciləri,o cümlədən sumqayıtlıları narahat edən məsələləri qaldırıb. “Xüsusilə Sumqayıt hadisələrinin ildönümü münasibəti ilə Cənab Prezident İlham Əliyevin bu hadisələrin yenidən tədqiq olunması və müvafiq cinayət işinin yenilənməsi ilə bağlı göstərişinin sumqayıtlılar tərəfindən dəstək və sevinclə qarşılanmasını çıxışında xüsusi vurğulamış ,eyni zamanda xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq qurumları,tədqiqatçıları tərəfindən  xüsusi araşdırılmalar aparılması üçün qrantların və təqaüdlərin ayrılmasına əsaslanan tədqiqatlara dəstək və həvəsləndirmə sistemi yaradılsmasını, bunun nəticəsində Sumqayıt,Xocalı elmi proqram və təqaüdlərinin təsis edilməsini təklif etmişdir”. 

Millət vəkili üzvü olduğu Mədəniyyət Komitəsinin fəaliyyətində də fəal iştirak edib. Komitənin iclas və tədbirlərində öz təkliflərini irəli sürən xanım millət vəkili xüsusilə teleradio yayımı sahəsində qanunvericiliyə əlavələrin edilməsini,əxlaq,mənəviyyata qarşı olan, qəddarlığı əks etdirən verilişlərin məhdudlaşdırılmasını, bunun üçün xüsusi loqo-işarələrdən istifadə edilməsini təklif edib. Eyni zamanda Komitənin fəaliyyətində mədəniyyət və incəsənət sahəsini təmsil edən şəxslərin iştirakıyla “dəyirmi masaların”təşkili  təkllifi Komitə üzvləri və kiv tərəfindən böyük maraqla qarşılanıb.

“Seçicilərlə iş L.Abdullayevanın birbaşa diqqət mərkəzində olmuşdur. Seçicilərlə görüşlər istər Milli Məclisdə, istərsə də şəhərdə mütəmadi şəkildə keçirilmişdir. Son bir ayda deputatın poçtuna 10 yazılı müraciət daxil olmuşdur. 11 vətəndaş deputata şifahi şəkildə müraciət etmişdir.  Nəticədə millət vəkili dövlət idarə, təşkilat və vəzifəli şəxslərə  eyni sayda deputat sorğusu və müraciət göndərmişdir. Müraciətlər məzmun baxımından 2 yerə bölünə bilər: sosial məsələlərlə əlaqədar və qeyri-məzmunlu müraciətlər. Birinci qrup müraciətlərlə əlaqədar deputat Sumqayıt şəhər Məşğulluq İdarəsiylə əlaqə yaratmışdır ki, müraciət edən şəxslər üçün mini əmək yarmarkası  keçirilmişdir. 4 nəfər vətəndaşa yarmarka vasitəsilə göndəriş verilmişdir ki, hal-hazırda onlar müvafiq işlə təmin olunmaq növbəsini gözləyirlər. İkinci qrup müraciətlərdə isə sənədləşmə məsələsi əsas yer tutur. Bir neçə vətəndaşa daşınmaz əmlakın sənədləşdirilməsi üçün hüquqi yardım edilmişdir”-deyə deputatın qərargahından bildirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!