Modern.az

Milli Məclisin iclası aprelin 8-də keçiriləcək

Milli Məclisin iclası aprelin 8-də keçiriləcək

Parlament

4 Aprel 2011, 12:15

Deputatlar üç məsələni müzakirə edəcəklər


Milli Məclisin yaz seesiyası çərçivəsində növbəti plenar iclas aprelin 8-də keçiriləcək. Bu barədə Modern.az-a parlamentdən məlumat verilib. Plenar iclasın gündəliyinə 3 məsələ daxil edilib. Deputatlar 2011-ci ilin “Turizm ili” elan olunması ilə  əlaqadar ölkəyə gələn turistlərin viza sənədlərinin qeydiyyatının sadələşdiirlməsi üçün  “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsini müzakirə edəcəklər.
Gündəliyin ikinici məsələsi kimi 2009-cu ilin 8 aprelində qəbul edilən “Miqrasiya orqanında qulluq keçmə haqqında” əsasnamə sənədinə dəyişikliyin edilməsi nəzərdə tutulur.
Deputatlar həmçinin “İcbari sığortalar haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxaracaqlar.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü