Modern.az

Milli Məclisin deputatları hansı elmi adlara malikdirlər?

Milli Məclisin deputatları hansı elmi adlara malikdirlər?

4 Aprel 2011, 15:11


Azərbaycanda hər il elmi dərəcə alanların sayının artdığını nəzərə alaraq deyə bilərik ki, indi elmi dərəcə almaq hər bir ali təhsilli üçün əlçatan olub. Elmi dərəcə alanların elmə hansısa bir yenilik gətirib-gətirmədikləri başqa yazının mövzusudur.
Bu yazıda isə biz Milli Məclisin deputatlarının hansı elmi adlara malik olduğunu araşdırmağa çalışacağıq.
Beləliklə başlayaq parlamentin Mədəniyyət komitəsinin üzvlərindən.


Mədəniyyət Komitəsinin tərkibi sədr Nizami Cəfərovdan, sədr müavini Rafael Hüseynovdan, üzvlər Jalə Əliyeva, Leyla Abdullayeva, Sahibə Qafarova, Zeynəb Xanlarova, İmamverdi İsmayılovdan ibarətdir.
Modern.az saytının araşdırması zamanı məlum olub ki, komitənin sədri N.Cəfərov elmlər doktoru, professordur. Onun sədr müavini Rafael Hüseynov da alimlik dərəcəsinə malikdir - elmlər doktoru, professordur.
Komitə üzvlərindən iki nəfər Jalə Əliyeva və Sahibə Qafarova da elmi ad sahibidirlər. Onların hər ikisi elmlər doktoru professordur.
Mədəniyyət Komitəsinin digər üzvləri – deputatlar Leyla Abdullayeva, Zeynəb Xanlarova və İmamverdi İsmayılovun heç bir elmi titulu yoxdur.

Sırada digər komitənin üzvləridir...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?