Modern.az

İlk mobil telefonun yaradıcısı müasir cib telefonlarını tənqid edir

İlk mobil telefonun yaradıcısı müasir cib telefonlarını tənqid edir

Təhsil

9 Noyabr 2009, 15:14

İlk mobil telefonun işlənib hazırlanması ilə məşğul olan "Motorola" şirkətinin aidiyyəti bölməsinin aparıcı mühəndisi və mobil telefonun yaradıcısı hesab olunan Martin Kuper müasir mobil telefonları tənqid edib.

80 yaşlı M.Kuper qeyd edib ki, çoxfunksiyalı qurğular burada qurulmuş funksiyaların hər birini orta keyfiyyətlə yerinə yetirir. Onun sözlərinə görə, gələcəkdə hər biri öz funksiyasını əla yerinə yetirəcək bir neçə xüsusi təyinatlı qurğular daha çox aktual olacaq.
Mobil telefonların yaradıcısı ilk dəfə deyil ki, müasir telefonları tənqid edib. Belə ki, bir qədər əvvəl M. Kuper Apple iPhone smartfonunun interfeysinin narahat olduğunu bəyan edirdi. Bununla yanaşı, dünyada iPhone əməliyyat sistemi platformasında hazırlanmış artıq 50 milyon qurğu satılıb.
1973-cü ilin aprel ayında ilk simsiz zəng həyata keçirən Martin Kuperin xatırlamalarına görə, birinci mobil telefonun çəkisi 1 kiloqram təşkil edirdi. Onun akkumulyatoru isə cəmi 20 dəqiqə danışıq üçün kifayət edirdi. M.Kuperin fikrincə, bu belə də olmalı idi, çünki əl bu cür ağırlığa 20 dəqiqədən çox dözmürdü.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır