Modern.az

Prezidentin ikinci arvadı, ölkənin birinci ledisi

Prezidentin ikinci arvadı, ölkənin birinci ledisi

5 Aprel 2011, 12:51

Modern.az saytının “Birinci ledilər” rubrukasında bu dəfə Estoniya prezidenti Toomas Hendrik İlvesin ikinci arvadı - Estoniyanın birinci ledisi Evelin İlvesdən bəhs olunur.
Birinci ledisi Evelin İlves 1968-ci il aprelin 20-də Tallində anadan olub. Sakuski gimnaziyasında ali təhsil alıb. Evelin 1986-cı ildə oranı bitirib. Sonta Tartusk Universitetinin tibb fakültəsində oxuyub. Sonra həmin universitetin iqtisadiyyat fakültəsində magistartutraya qəbul olunsa da, təhsilini başa vura bilməyib.

Evelin İlves 1994-95-ci illərdə Fertilitas özəl klinikasında layihələr üzrə laboratoriya rəhbəri işləyib. O, 1995-96-cı illərdə “Kontmur Leo Burnett” reklam bürosunun layihə rəhbəri olub. 1996-2001-ci illərdə isə Toomas Hendrik İlvesin marketinq üzrə direktoru işləyib. 2001-2002-ci illərdə sahibkarlığın inkişafında böyük rolu olub və “Tanış olun: Estoniya”nın təsis edilməsində iştirak edib. Sahihkarlığın inkişafı üçün nəzərdə tutulan layihənin marketinq rəhbəri olub. 2004-cü ildə Evelin ingilis dilində Estoniya haqda tanışlıq jurnalı olan “Lige in Estonia” baş redaktoru olub. 2005-ci ildən sahibkarlıqla məşğuldur.

E.İlves asudə vaxtında oxumağı, səyahət etməyi, balıq tutmağı və aşpazlıqla, eləcə də tikmə ilə məşğul olmaqla başını qatır. O, eston, ingilis və rus dillərində sərbəst danışır.

Evelin həkim kimi deyir ki, insanın sağlam həyat tərzi keçirməsi çox vacib məsələdir: “Mən ən yaxşı rəfiqəm olan tələbə yoldaşımla Estoniyada demoqrafik vəziyyətin nizamlanması və yeni dünyaya gələcək uşaqların sayının artırılması məsələsini müzakirə edərkən məlum oldu ki, bu sahədəki ən ciddi problem bizim kişilərin erkən yaşlarında müxtəılif səbəblərdən dünyalarını dəyişməsidir”.

Onun sözlərinə görə, Estoniyada kişilərlə qadınlar arasında ömür müddəti fərqi 11 ildir: “Bu çox pis göstəricidir. Ən yaxşı vəziyyət İslandiyadadır, orada kişilər qadınlarla müqayisədə 3 il az yaşayırlar. Hətta elə kiçik dövlətlər var ki, kişilər qadınlardan çox yaşayır”.

Hər kəs ana dilini bilməlidir


- Mən xaraktercə optimistəm, həmişə çalışıram ki, nə edirəmsə, optimist, yaxud müsbət, işıqlı nəsə tapım.

- Estoniyada idmanın populyar olmasında mənim də rolum olub. Çünki mən mütəmadi olaraq tennis oynayıram, bunu uşaqlar da görür və həvəslənirlər. Bu, mənim üçün çox əla hissdir. Düşünürəm ki, bütün insanlar öz həyat tərzlərinə çox diqqət yetirməlidirlər.

- Mən siyasətçi deyiləm. İndi mən qətiyyən siyasətlə məşğul olmuram. Mənim əsas vəzifəm adamlarla insanlıq səviyyəsində davranmaqdır, kiminlə rastlaşıramsa onlarla söhbət etməyə çalışıram.

- Mənim müxtəlif proqramlarım, müxtəlif tədbirlərim var, onlara birbaşa özüm rəhbərlik edirəm. Bunlar xeyriyyəçilik məqsədilə nəzərdə tutulur. Tallində uşaq ədəbiyyatı məcmuəsinə hamilik edirəm. Mənim olimpiya komitəsilə də müqaviləm var və ölkədə idmanın təbliğində çox yaxından iştirak edirəm.

- Düşünürəm ki, hər kəsin ana dili-doğma dili var. Bu dildə danışmaq çox vacibdir. Hər bir dövlətdə adamlar yaşadıqları dövlətin dilini bilməlidir. Bu çox sadədir.

- Mən yazmağı sevirəm. 10 ildən çox qəzetlərə yazmışam. Müsahibələr almışam, mən özümü məktublar vasitəsilə də ifadə edirəm.

Prezidentlə birinci ledinin sirli məhəbbəti...

Onların məhəbbəti lap sirli olub. İlves o zaman Estoniyanın Xarici İşlər Nazirliyində işləyirdi.    

Prezidentdən 14 yaş kiçik olan Evelin İnt-Lambet (qızlıq soyadıdır) “Eesti Paevalet” qəzetində marketinq məsələləri ilə məşğul olurdu. Aydındır ki, İlvesin sevgilisi kimi ona arxa planda olmaq lazım gəlirdi. Cəmiyyət üçün İlves amerikalı Merri Bulokun nümunəvi əri və iki azyaşlı uşağın atası kimi tanınırdı. Bu da bir həqiqətdir ki, həmin vaxt ərlə arvadın bir-birinə qarşı münasibətində soyuqluq yaranmışdı. Üstündən 7 il ötəndən sonra, nəhayət Amerikadan Toomas Hendrik İlvesin 23 il davam edən birinci nikahının pozulduğu barədə sənəd gəlir. Onda Evelin İnt-Lambot Toomas Hendrik İlvesin Avropa Parlamentinə seçkilərdə reklam şirkətinə rəhbərlik edirdi.. Və möhtəşəm qələbə əldə olundu - İlves demək olar 76 min səs aldı, bu, Estoniyadakı bütün namizədlərin qazandığı səsdən çox idi.
Toomas tezliklə özünün altı aylıq qızı Kadri –Keyinin anasının başına tac qoydu. Ailənin əsas yaşayış yeri ata-baba mülki seçildi. Jurnalistlər həvəslə yazırdılar ki, kənd havası və dadlı çörək hesabına Evelin dəbdəbəli və gümrah qadına dönüb. Ümumiyyətlə, Evelin dövlətin birinci ledisi olandan sonra mətbuatı yalnız iki şey maraqlandırırdı: onun çəkisi nə qədər artıb və necə geyinir? Kraliça II Yelizavetanın Tallinə səfəri zamanı isə o köklüyünə görə kremli torta bənzədilmişdi. Evelin bundan nəticə çıxarır və tezliklə cəmiyyət qarşısına ciddi arıqlamış və effektli qırmızı kostyumla çıxdı. O, rəqs dərsləri keçir, futneslə məşğul olurdu.

Evelin deyir ki, ayaqyalın daşlı torpaqda gəzmək xoşuna gəlir: “Orada istilik də var”.

Evelin son illər ərinə miras qalan Ermadakı malikanədə səliqə-sahman yaratmaqla məşğul olub.

Erma malikanəsinin ərazisi 22 hektardır, bir hissəsi parkdır və bir necə ev var. Malikanənin yaşı 250-dən çoxdur.

İlveslər indi prezident ailəsinə aid olduğu kimi Kadriorqski sarayında yaşayırlar, mülkə isə hətta sahibkar kimi yox, qonaq evinin kirayənişinləri kimi gedib-gəlirlər. Evelin zarafat edir: “Mənə elə gəlir ki, maşında yaşayıram”.

Ana və həyat yoldaşı Evelin

Onun şəxsi karyerası ardıcıl olmayıb. O çox əla tikiş tikir, gəncliyindəsə modelyer olmaq istəyib.

“Əgər 1993-cü ildə Estoniya sabit inkişaf edən demokratik dövlət olsaydı, mən xəstəxanada işləməkdə qalardım və doktoronturaya qəbul olunardım. Amma hər şey əksinə oldu, istədim ki, sadəcə xəstəxana divarları arasında qalmaqdansa, ölkəm üçün nəsə çox şey edim”, - o, deyir.

O, Estoniyada marketinq üzrə təhsil alan ilk adamlardan biri idi. İndisə Evelin ana, həyat yoldaşı və iş adamıdır.

Evelinin qızı Kadridən soruşanda ki, o böyüyəndə  nə olmaq istəyir, balaca qız deyib ki, anam kimi həkim olacam.

Evelin İlves həmişə eston qəzetlərinə və jurnallarına müsahibə verdiyini bildirir: “Amma nə zaman publika qarşısında hər hansı məsələ barədə danışıramsa, hansısa səbəbdən çıxışımın məzmunu yox, mənim necə geyinməyim onları maraqlandırır”.

Ən başlıcası bu deyil. Ölkənin birinci ledisi olandan sonra o məcburən şəxsi azadlıqlarını qurban verməli olub. İndi onun həyatının bir hissəsi bu qaydalara uyğun gəlməlidir: o özü nə istəyir və ondan cəmiyyət nə gözləyir. Çox enerji tələb olunmasına baxmayaraq o həmişə ətrafına 360 dərəcə bucaq altında nəzər yetirir.

Prezidentlə birinci ledini operada, kafedə, hətta rok-konsertlərdə bir yerdə görmək olar: “Biz əvvəlcədən özümüz qərara gəlmişik ki, normal insanlar kimi qalacağıq. Bizim restoranlara, yaxud konsertlərə getməyimiz mühafizəçilərin müşayiəti ilə olur. Bu, əlbəttə çox narahatlıq yaradır, amma bundan imtina etməyi istəmirik”, - birinci ledi deyir.

Qanuna görə Evelin prezident vəzifəsinə iddialı kimi çıxış edə bilər. Amma bunun nə qədər çətin olduğunu birinci ledi ölkənin birinci adamının simasında sahidi olduğundan bunu qətiyyən istəmir.

“Daimi emosional və intellektual gərginlikdə olursan. Toomas demək olar hamının diqqətini cəlb edir, hamı gözləyir ki, o nəsə deməlidir. Onun müraciəti həmişə fərdi olmalıdır, təkrarlanmamalıdır. Dövlət səfərləri zamanı müşavirlər axşamlar ayaq üstə zorla dayanırlar, çünki onlar da onun yerində olmasalar da, onunla bir yerdə olublar”.

Estoniya-bura Avropadır


Onun sözlərinə görə, eston xalqı öz seçimi ilə deyib ki, Estoniya Avropadır: “Biz keçmişə yox, gələcəyə baxmalıyıq, axı Toomas Hindrik İlves həmişə bu ideyanın təmsilçisi kimi çıxış edib. Bu eston xalqı üçün yaxşıdır, ailəyə gəldikdə isə yəqin ki, çox da yox. Amma əgər tale belə gətiribsə, bizə bu qaydalarla yaşamaq lazım gələcək”.

Onların ailəsinin möhkəmlənməsinin səbəbi nədədir?

Evelin suala belə cavab verib:

- İlk növbədə qarşılıqlı anlaşma olmalıdır. Biz əslində tez-tez saatlarla söhbət edirik. Toomasın həmişə məşğul olmasına və yorğunluğuna baxmayaraq, vaxt tapmaq lazımdır ki, yaxınlarımıza onları sevdiyimizi sübut etməliyik.

- Belə çıxır ki, nə zaman qadın öz ərini Evelin kimi sevəcəksə, ondan prezident də çıxa bilər?

Birinci ledi gülür.

Estoniya prezidentinin arvadına qanunla xidməti maşın, katibə və mühafizəçi verilir. Hətta Estoniya parlamentinin qəbul etdiyi dəyişikliyə görə, birinci lediyə hər ay prezident maaşının 30 faizi qədər, yəni təxminən 17 min kron (1100 avroya yaxın) əməkhaqqı verilir.

Bundan başqa, prezidentin səlahiyyətləri başa çatandan sonra onun arvadı əgər heç yerdə işləməyəcəksə, ayda 700 avro pensiya alacaq.

       
Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi