Modern.az

Azərbaycanda missioner təhlükəsi - tənha qadınlar 

Azərbaycanda missioner təhlükəsi - tənha qadınlar 

Hadisə

7 Mart 2017, 22:44

Bütün dünya ölkələrində, eləcə də Azərbaycanda öz dini-ideoloji ehkamlarını təbliğ edən, insanları bu məfkurə altında toplamaq istəyən missioner təşkilatlar var. Düzdür, ölkədə hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı və görülən operativ təbdirlər nəticəsində əhalini özlərinin xurafat çətiri altında toplamağı qarşısına məqsəd qoyan təşkilatların fəaliyyətinə qadağa qoyulub. 

1990-cı illərin əvvəlləri Azərbaycanda missionerlik fəaliyyətinin qızğın və güclü dövrləri olub. Qərbin xristian dairələri milyonlarla vəsait xərcləyərək Azərbaycanda sektantlığın, dini ideyaların yayılması üçün xüsusi planlar hazırlayıblar.

 

Azərbaycanın rəsmi mənbələrindən əldə etdiyimiz məlumata görə, xristian missionerliyi ilə məşğul olanlar 2000-ci ilədək ölkə əhalisinin ən azı 25 faizinin xristianlaşdırılmasını qarşılarına məqsəd qoyublar.

 

Lakin Azərbaycanın  xristianlaşdırılması planı faktiki olaraq iflasa uğrayıb.

 

Bununla belə, demək olmaz ki, bu təhlükə tam sovuşub. Belə ki, bu günün özündə də Azərbaycanda hələ də xristian missionerliyi ilə məşğul olan qüvvələr mövcuddur və onlar hər vəchlə əhatə dairəsini genişləndirmək istəyir.

 

Lakin, onların bu məsələdə hələ də məqsədlərinə nail ola bilməyiblər.

 

Modern.az saytının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun  “Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər” adlı tədqiqatına istinadən məlumatına görə, hazırda xristian missionerliyi müstəvisində ölkəmizə yönəlik təhdidlər artıq öz aktuallığını itirmək üzrədir.

 

Lakin bir neçə dini sekta və icma var ki, onların fəaliyyəti Azərbaycan üçün ölkə daxilində və xaricində zəmin formalaşdıra bilir.

Aparılan müşahidələrin nəticələrinə görə, dini sektalara aid icmaların rəhbərliyi icma üzvlərinin şəxsi və ailə işlərinə kobud şəkildə müdaxilə edirlər.

 

Buna görədir ki, icma üzvlərinin ailələri ilə problemləri yaşanr bu isə ailə institutlarının dağılmasına gətirib çıxarır.

 

Gündüz İsmayılov həyəcan təbili çalaraq bəzi sektaların məqsədli şəkildə azərbaycanlılar arasında xristianlığı yaymasını vurğulayır.

 

“Çünki onların təlimatlarına görə, ilk növbədə yerli müsəlman əhali xristianlaşdırılmalıdır. Bəzi icmaların üzvləri arasında İran, Əfqanıstan, Pakistan vətəndaşları da var”-deyə Dini Komitə rəsmisi yazır.

 

Nisbi aktivliyə malik olan “Yehovanın şahidləri” dini cərəyanına mənsub olan şəxslər ev-ev gəzərək müxtəlif ədəbiyyatlar paylayır və insanları öz təşkilatlarına dəvət edirlər.

 

Təbliğat məqsədi ilə söhbətə cəlb olunan şəxslər barədə qeydlər aparılır, ünvanlar və digər zəruri məlumatlar bu dini sekatanın mərkəzi ofisinə ötürülür, burada sistemləşdirilir.

 

Son məlumatlara görə, “Yehovanın şahidləri” 1 ildə təxminən 60 nəfər yaxın artım tempinə malikdir.

 

Digər diqqəti cəlb edən məqam isə bundan ibarətdir ki, “Yehovanın şahidləri” müntəzəm qaydada məhkəmə iddiaları qaldırır, hüquq müstəvisində diqqət mərkəzində olmağı da bacarırlar.

 

“Belə ki, onlar müxtəlif dövlət qurumları, eləcə də hüquq-mühafizə orqanlarını məhkəməyə verirlər. Bu zaman ABŞ-dakı mərkəzin ofisindən gələn əcnəbi hüquqşünasların xidmətlərindən yararlanırlar” –Gündüz İsmayılov belə yazır.

 

Ölkədə digər nisbi aktivliyə malik olan baptistlərin sayında isə azalma müşahidə olunur. Baptist cərəyanını dövlət orqanlarına münasibətinə görə loyal və qeyri-loyal olmaq üzrə 2 yerə bölmək olar.

 

2-cilərin missionerlik fəaliyyəti əsasən bölgələrdə Bibliya paylamaqdan ibarətdir.

 

Baptist və “Yehovanın şahidləri” sektalarının təbliğ etdiyi təlim ailədaxili və cəmiyyət münasibətlərinə neqativ təsirlər göstərir. Rəsmi məlumatlara görə, “Yehovanın şahidləri”nin üzvlərinin 60-65 faizi azərbaycanlılardır.

Maraqlıdır ki, baptistliyi qəbul edənlər arasında kişilər çoxluq təşkil edir. “Yehovanın şahidləri”ndə isə əsasən tənha qadınlar təşkil edir.

Digər missioner dektalarda isə daha çox gənclərə üstünlük verilir.

 

Aqşin KƏRİMOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi