Modern.az

Milli Məclis bu gün növbəti iclasa toplanacaq - GÜNDƏLİK

Milli Məclis bu gün növbəti iclasa toplanacaq - GÜNDƏLİK

Aktual

10 Mart 2017, 09:28

“Milli Məclisin yaz sessiyasının növbəti iclası bu gün - martın 10-da keçiriləcək”.


Bunu Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

 

A.Təvəkküloğlu əlavə edib ki,  parlamentin yaz sessiyasının bugünkü iclasının gündəliyinə 8 məsələ daxil edilib.

 

Gündəlikdə bir sıra qanunlara dəyişiklər nəzərdə tutulur. Bunlar aşağıdakılardır:

 

1. “Telekommunikasiya haqqında” qanuna dəyişiklik;

 

2. "Lisenziya və icazələr haqqında” qanuna dəyişiklik;

 

3. “Sərhəd Qoşunları haqqında” qanuna dəyişiklik;

 

4. ”Dövlət sərhəddi haqqında” qanuna dəyişiklik;

 

5.”Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda;

 

6. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik;

 

7.”Reklam haqqında” qanuna dəyişiklik;

 

8. ”Əmək pensiyaları haqqında”qanuna dəyişiklik.

 

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının martın 7-də  keçirilən plenar iclasının ikinci hissəsi "8 Mart- Beynəlxalq Qadınlar Günü" münasibətilə təxirə salınmışdı.

 

Mirmahmud KAZIMOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır