Modern.az

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən dəhşətli qəza ilə bağlı AÇIQLAMA

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən dəhşətli qəza ilə bağlı AÇIQLAMA

9 Mart 2017, 18:03

Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza 5 tələbənin ölümü, 21 nəfərin yaralanması ilə nəticələndi. Olay ölkə mətbuatında və sosial şəbəkələrdə gündəmin əsas müzakirə mövzusu olaraq qalır.


Hadisə ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az- a bildirilib ki, qəzaya səbəb olan mikroavtobus sərnişindaşıma xidməti göstərmək  üçün tələb olunan müvafiq icazə sənədi almayıb.


“Nəqliyyat, Rabitə və Yüksək Nazirliyi bildirir ki, marşrutu üzrə sərnişindaşıma həyata keçirən  "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib. Faciəyə səbəb olan mikroavtobusa keçmiş Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb.

Bildiririk ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir. Qəza törədən mikroavtobus isə qeyri-qanuni olaraq “Memar Əcəmi” metrostansiyası yaxınlığından sərnişindaşıma xidməti göstərib".

 

Namidə BİNGÖL

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı