Modern.az

Donald Tusk yenidən Avropa İttifaqının prezidenti oldu

Donald Tusk yenidən Avropa İttifaqının prezidenti oldu

9 Mart 2017, 22:43

Donald Tuskun Avropa İttifaqı Şurasının prezidenti vəzifəsində mandatı uzadılıb.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, D.Tusk qurumun Brüssel sammitində tələb olunan sayda səs toplaya bilib. O, 2019-cu ilin noyabrınadək bu vəzifəni icra edəcək. 

Donald Tusk ilk dəfə bu vəzifənin icrasına 2014-cü ilin 1 dekabrında başlayıb. O, bu vəzifədə belçikalı Herman Van Rompeyi əvəzləyib. Reqlamentə uyğun olaraq, D. Tuskun səlahiyyət müddəti isə cari ilin may ayının 31-də başa çatacaq.

Bu vəzifəyə digər namizəd olan Yatsek Sariuş-Volksiyə gəlincə isə, o ümumiyyətlə səs toplaya bilməyib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir