Modern.az

Rezidenturaya sənəd qəbulu başlayır

Rezidenturaya sənəd qəbulu başlayır

Aktual

9 Mart 2017, 23:26

Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul elan edir. Mərkəzdən Modern.az-a verilən məlumata görə,qəbul elanının tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində “Rezidentura” jurnalının 2-ci sayında təqdim ediləcək.

 

Sabah 2 saylı "Rezidentura" jurnalı nəşr olunacaq. Jurnalda tələb olunan sənədlər və digər bütün zəruri məlumatlar təqdim olunacaq. Həmçinin, DİM-in internet saytında ətraflı məlumat veriləcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı