Modern.az

Rauf Mirqədirova İsveçrədə siyasi mühacir statusu verildi

Rauf Mirqədirova İsveçrədə siyasi mühacir statusu verildi

9 Mart 2017, 23:51

“Zerkalo" qəzetinin icmalçısı və siyasi analitik Rauf Mirqədirov İsveçrədə siyasi mühacir statusu alıb. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə R.Mirqədirov özü bildirib. Jurnalist Azərbaycanda Ermənistanın xeyrinə casusluq ittihamı ilə həbs olunub. O, 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunmuşdu.

Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunan jurnalist 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilmişdi.Rauf Mirqədirov özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirirdi.

Ötən il martın 17-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Rauf Mirqədirovun 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz etmişdi. Bununla da O, azadlığa çıxmışdı. Daha sonra jurnalist ölkəni tərk etmişdi.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər