Modern.az

Çavuşoğlu Hollandiyaya getməkdə israrlıdır

Çavuşoğlu Hollandiyaya getməkdə israrlıdır

10 Mart 2017, 00:59

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə hollandiyalı həmkarı Bert Koenders arasında telefon danışığı olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığı Hollandiya tərəfinin istəyi ilə baş tutub.

Daha sonra mediaya açıqlama verən Mövlud  Çavuşoğlu bu ölkəyə səfər edəcəyini açıqlayıb: “Müxtəlif maneələr bizi dayandıra bilməz. Valders kimi irqçilərə fürsət verə bilmərik”.

Qeyd edək ki, radikal sağ təmayüllü Azadlıqlar Partiyasının lideri Qirt Valders Çavuşoğlunun səfərinin ləğv edilməsi ilə bağlı kampaniya başladıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir