Modern.az

Qənirə Paşayevadan BƏYANAT: "Qohumum olduğunu deyib pul alırlar"

Qənirə Paşayevadan BƏYANAT: "Qohumum olduğunu deyib pul alırlar"

10 Mart 2017, 09:26

Deputat Qənirə Paşayeva bəyanat yayaraq onun adından istifadə edərək dələduzluq edənlərin olduğunu bildirib.

 

Modern.az-ın məlumatına görə, xanım deputat bəyanatında bu fəaliyyətlə məşğul olan şəxsin adını açıqlayıb:

"Anar Tağıyev adlı bir tovuzlunun mənim qohumum olduğunu iddia edərək müxtəlif şəxslərdən iş düzəltmək adı ilə pul istəməsi və ya alması barədə mənə məlumat daxil olub.

 

Bildirmək istəyirəm ki, mənim bu adlı qohumum və ya işçim yoxdur və bu adamın mənimlə heç bir əlaqəsi yoxdur. Sabah bu məsələ ilə bağlı, adımdan bu cür çirkin məqsədlər üçün istifadə edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəm.

Bu şəxsin qurbanı olan insanlar mənə buradan inboksa yaza bilərlər və mən həmin müraciətləri də hüquq-mühafizə orqanlarına göndərib araşdırılmasını xahiş edəcəm. Adımdan çirkin məqsədlər üçün istifadə edilməsi məni çox üzdüyü qədər də çox narahat edir və xahiş edirəm, mənim adımdan bundan sonra da istifadə edərək kimlərsə sizdən işinizi düzəltmək adı ilə pul və ya maddi şeylər tələb etsə, mütləq bizə – Milli Məclisə məktubla müraciət edin, buradan yazın və ya 0124372930 nömrəsinə zəng edərək köməkçim Məhəbbət xanıma məlumat verin ki, bu cür dələduzlarla bağlı tədbir görə bilək".

 

Q.Paşayeva bildirib ki, bu cür fırıldaqçılara inanmaq olmaz:

 

"Bu, artıq üçüncü dəfədir ki, kimlərinsə mənim adımdan bu məqsədlə istifadə etdiyi barədə məlumatlar daxil olur və hər dəfə də hüquq-mühafiqə orqanlarına müraciət edərək tədbirlər görülməsini xahiş etmişik. Eyni zamanda bütün idarə və qurumlara xahiş eidrəm ki, mənim adımdan kimlərsə sizə hansısa xahişlə müraciət edərsə, inanmayın.

 

Biz vətəndaşlarımızın bizə rəsmi müraciətləri əsasında məktubla, imzayla rəsmi qurumlara müraciət edirik və ya şəxsən mən özüm həmin qurumların rəhbərlərinə zəng edərək məsələləri onların diqqətinə çatdırıram. Kimlərsə kiməsə mənim adımdan zəng edərsə, xahiş edirəm, heç zaman inanmayın".

 

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı