Modern.az

Zeynab Kazımova BANM-dan istefa verməyinin səbəbini AÇIQLADI

Zeynab Kazımova BANM-dan istefa verməyinin səbəbini AÇIQLADI

10 Mart 2017, 09:45

Bakı Ali Neft Məktəbinin (BANM)İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova vəzifəsindən istefa verib. O, Modern.az-a BANM-dakı missiyasını başa vurduğundan istefa verdiyini açıqlayıb:

“Dillər Universitetindən əldə etdiyim, topladığım təcrübəni 2 ildən çox müddətdə Bakı Ali Neft Məktəbində təsdiq etdim. Amma getmək vaxtının yetişdiyini hiss etdim və getdim. Bir sözlə, BANM-dakı missiyamı başa vurdum”.

 

Z.Kazımova yeni işi ilə bağlı açıqlama vermək istəməyib:

“Mən bu günə qədər jurnalistikanın bütün sahələrində - radiodan tutmuş, televiziyada, qəzetdə, jurnalda işləmişəm. Ona görə də hər zaman jurnalistikada olacam. Səsim haradan gələcək - bunu hamı eşidəcək. Amma prosesləri qabaqlayaraq açıqlama vermək istəmirəm”.

O, həmçinin, təsisçisi və redaktoru olduğu “Le Carrefour” qəzetinin fəaliyyətinə daha çox önəm verəcəyini qeyd edib:

“Mən Beynəlxalq Fransızdilli Jurnalistlər Birliyinin Azərbaycan bölməsinin rəhbəri olaraq fəaliyyətimi davam etdirəcəm. Bildiyiniz kimi fransızdilli qəzetin redaktoru və təsisçisiyəm. Düşünürəm ki, bundan sonra qəzetin fəaliyyətinə daha çox önəm verəcəyəm”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır