Modern.az

Bakıdakı magistral su kəmərində qəza 

Bakıdakı magistral su kəmərində qəza 

10 Mart 2017, 10:07

Bakı şəhəri Səbail rayonu Nizami küçəsindən keçən 250 mm diametrli magistral su kəmərində qəza baş verib.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a daxil olan məlumata görə, qəzanın aradan qaldırılması ilə əlaqədar 10 mart 2017-ci il tarixdə gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Nizami, İ.Səfərli, R.Rza, Mərdanov qardaşları, Y.Məmmədəliyev, T.Əliyarbəyov, H.Z.Tağıyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir