Modern.az

Meriya Bakıda çadırlar qurdu - ALIŞ-VERİŞ üçün

Meriya Bakıda çadırlar qurdu - ALIŞ-VERİŞ üçün

10 Mart 2017, 10:19

Bakıda Novruz bayramı ilə əlaqədar bayram çadırları quraşdırılıb. Bu haqda Modern.az-a Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Ə.Bağırov bildirib ki, bayram çadırları Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qurulub:

“Hazırda metronun "Elmlər Akademiyası", "İnşaatçılar", "28 May", "Nəriman Nərimanov" və "Neftçilər" stansiyalarının qarşısında bayram çadırları qurulub. Ehtiyac yarandığı təqdirdə çadırların sayı artırılacaq”.

O, həmçinin qeyd edib ki, bu çadırların Kənd Təsərrüfatı Nazirliyinin keçirəcəyi bayram yarmarkaları ilə əlaqəsi yoxdur:

“Çadırlarda, bayram şirniyyatları, çərəzlər, gül-çiçəklər satılır. Daha Nazirliyin təşkil etdiyi yarmarkalardakı kimi kənd təsərrüfatı məhsulları-kartof, soğan, qatıq, pendir, südə, meyvə-tərəvəz, toyuq-cücə satılmır”.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir