Modern.az

Dünənki qəzada yaralanan tələbələrdən biri komadadır - daha 5 yaralı evə buraxıldı

Dünənki qəzada yaralanan tələbələrdən biri komadadır - daha 5 yaralı evə buraxıldı

10 Mart 2017, 10:58

Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralanan 14 tələbədən 5-i evə buraxılıb.


Bu haqda Modern.az-a Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, hazırda Sumqayıt Şəhər Xəstəxanasında 9 tələbə müayinə olunur. 


“Həmin şəxslərin də bir neçəsinin müayinə olunduqdan sonra evə buraxılacağı gözlənilir”.

 

S.Əhmədova bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan 3 xəstədən 1-nin vəziyyəti ağırdır:


“Onlardan ikisi oğlan, biri qızdır. Tələbə Lalə Nəsirzadənin vəziyyəti ağırdır. O, əməliyyat olunub, Buna baxmayaraq, vəziyyəti ağırdır, hazırda komadadır”.

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

"Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu saxlanılıb.


Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı