Modern.az

Bakıdakı İslam Oyunlarına gələnlərə “Halal” yeməklər veriləcək

Bakıdakı İslam Oyunlarına gələnlərə “Halal” yeməklər veriləcək

10 Mart 2017, 11:10

Bakı 2017 İslam Həmrəyliyi Oyunları 2017-ci il may ayının 12- 22 tarixlərində Bakı, Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir. Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 23 kateqoriyada Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər. 55 ölkədən 3,500 – 4,000 idmançı olacaq.

Bəs İslam Həmrəyliyi Oyunları zamanı idmançıların qida təminatı necə həyata keçiriləcək?

Bakı 2017 Oyunlarının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  idmançıların İslam ölkələrindən olduğu nəzərə alınacaq. Oyunlar keçirilən müddətdə yarış iştirakçılarına “Halal” sertifikatı almış hər bir ərzaqla təminata icazə veriləcək.

 “Buraya “Halal” sertifikatı olan bütün məhsullar daxildir:

1. Bişirilmiş və emal edilmiş ət

2. Çiy ət

3. Bütün pendir növləri

Bizim təchizat zəncirində bütün ərzaq təminatçılarının “Halal” sertifikatına malik olması, eləcə də ərzaq gigiyenası standartlarına riayət olunmasına nəzarət edilir.

“Halal” olmayan tərkibdə hər hansı bir qida, belə ki, jelatin və maya kimi qeyri-halal tərkiblər çörək məhsullarına qatılmamalıdır.

Bəzi məhsullara məhdudiyyətlər qoyulsa da, “Halal” məhsullar ümumi menyunun məzmununa təsir etməyəcək. Biz bütün idmançıların pəhriz tələblərini də qarşılayacağıq”.

Qafar AĞAYEV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir