Modern.az

10-11-ci siniflər ləğv edilərsə, müəllimlərin aqibəti necə olacaq? - AÇIQLAMA

10-11-ci siniflər ləğv edilərsə, müəllimlərin aqibəti necə olacaq? - AÇIQLAMA

Aktual

10 Mart 2017, 12:32

Bəzi orta məktəblərin 10 və 11-ci siniflərinin ləğv edilməsi məsələsi artıq rəsmiləşdirilməyə doğru gedir. Digər bir məsələ isə həmin məktəblərdə çalışan müəllimlərlə bağlıdır. Əgər hansısa məktəbdə 10-11-ci siniflər ləğv edilərsə, müəllimlərin aqibəti necə olacaq? Həmin müəllimlərin digər məktəblərə yerləşdirilməsi həyata keçiriləcəkmi?


Məsələ ilə bağlı Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təmayül siniflərinə şagirdlər meyl və maraqları nəzərə alınmaqla qəbul olunacaq.

“”Təhsil haqqında” Qanunun 19.19-cu maddəsinə əsasən, tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur. Təmayül siniflərinə şagirdlər meyl və maraqları, istedad və qabiliyyətləri nəzərə alınmaqla qəbul ediləcəklər. Təmayül sinifləri ilə yanaşı, məktəblərdə adi siniflər də təşkil olunacaq. Təmayül siniflərində və adi siniflərdə müəllimlər tədris planlarında nəzərdə tutulan saatlar üzrə öz ixtisaslarına uyğun dərs yükü ilə təmin ediləcək”.   
  

Təhsilin təmayülləşməsi ilə bağlı  saxta diplomlu müəllimlərin qarşısının alınmasına gəlincə,  “bu prosesin saxta diplomlu müəllimlərin aşkar olunması prosesi ilə heç bir bağlılığı yoxdur”-deyə nazirlik tərəfindən bildirilib.


Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü