Modern.az

Azərbaycanda bank hesablarından qanunsuz yolla 100 milyon  çıxarılıb

Azərbaycanda bank hesablarından qanunsuz yolla 100 milyon  çıxarılıb

10 Mart 2017, 12:56

“Banklardan nağd vəsaitin çıxarılması zamanı əlavə 1 faiz verginin tutulması vergi qismində vəsaitlərin daxil olmasını artırmaq üçün deyil”.

Modern.az xəbər verir ki, bu sözləri vergilər naziri Fazil Məmmədov deyib.


Nazirin sözlərinə görə, hesabdan nağd pulun çəkilməsi zamanı tutulan 1 faiz vəsaitin uçotunun aparılması bankların vergi orqanları qarşısında hesabatlılığını müəyyən etmək məqsədi daşıyır.

“Biznes aləmində 1 faizin heç nəyə təsiri olmaz. Ötən dövr ərzində banklardan qanunsuz olaraq 100 mln. manatdan çox vəsait çıxarılıb. Həmin vəsait Vergilər Nazirliyinin müdaxiləsindən sonra qaytarılıb".

 

Qafar Ağayev

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi